"Qarabağ"ın Çempionlar Liqası matçına 24 mindən çox bilet satılıb
Yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Ayntraxt" oyununa satılan bilet sayını açıqlayıb.
"Mediasport" xəbər verir ki, qarşılaşmaya 24 min 500 ədəd bilet satılıb.
Hazırda biletlər məhdud sayda qalıb. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:45-də start götürəcək.
