3 mövsüm Azərbaycanda oynayan serb Özbəkistan klubuna keçdi

3 mövsüm Azərbaycanda oynayan serb Özbəkistan klubuna keçdi

2018-2021-ci illərdə "Sabah"da çıxış etmiş Filip İvanoviçin yeni klubu məlum olub.

"Mediasport" xəbər verir ki, serbiyalı futbolçu karyerasını Asiyada davam etdirəcək.

Mərkəz müdafiəçisi Özbəkistanın "Soqdiana" klubu ilə 1,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, İvanoviç 3 mövsüm formasını geyindiyi "bayquşların" heyətində 55 oyun keçirib, 1 qol vurub.