Azərbaycan UEFA-nın reytinq sıralamasında 1 pillə irəlilədi
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişib.
"Mediasport" xəbər verir ki, ölkəmiz bir pillə iraəliləyişə nail olub.
Bu, UEFA Çempionlar Liqasının liqa mərhələsində təmsilçimiz "Sabah"ın qələbəsi ilə reallaşıb.
"Bayquşlar" Bakıda Çexiyanın "Slaviya" kollektivini məğlub ediblər (2:0).
Aktivinə 0,500 əmsal yazdıran Azərbaycan 24,187 xalla 24-cü sırada qərarlaşıb.
İsrail 25-ci (24,125), Ukrayna isə 23-cü (24,337) pillədə yer alıb.
Reytinqə 104,019 əmsalla İngiltərə başçılıq edir.

