Bakıda diz çöküb getdilər...

Bakıda diz çöküb getdilər...

Dünən Bakı Olimpiya Stadionunda qeyri-adi hadis yaşanıb.

"Mediasport" xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah"a məğlub olan "Slaviya" (Çexiya) klubunun futbolçuları Azərbaycana gələn azarkeşləri qarşısında maraqlı üzrxahlıq forması seçiblər.

Belə ki, Praqa təmsilçisinin heyəti məğlub olduqları görüşdən sonra tribunaya yaxınlaşaraq diz çöküblər.

Komandanın azarkeşlərinin könlünü bu yolla almağa çalışması dünya mətbuatında maraqla qarşılanıb.

Qeyd edək ki, matç Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.