"Neftçi" - "Qarabağ" oyununun keçiriləcəyi tarix və saat açıqlandı
Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" oyununun keçiriləcəyi tarix açıqlanıb.
"Mediasport" xəbər verir ki, "Azərbaycan debrisi" aprelin 30-da keçiriləcək.
"Palms Sports Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Xatırladaq ki, matç "Qarabağ"ın UEFA Çempionlar Liqası oyunlarına görə təxirə salınmışdı.
