"Əvvəl komandada yerləri hazır idi, indi daha da çox əziyyət çəkirlər"
"Azərbaycanda limit ləğv olunub və çempionatın səviyyəsi bir neçə dəfə artıb. İndi istənilən komanda digərindən xal ala bilir".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.
Təcrübəli mütəxəssis "Cappuccino & Catenaccio Show" podkastına müsahibəsində azərbaycanlı futbolçuların inkişafından da söz açıb:
"Yerli futbolçular ötən illə müqayisədə daha çox çalışırlar. Əvvəl komandada yerləri hazır idi, amma indi daha da çox əziyyət çəkməlidirlər. Rəqabət futbolçunu da, liqanı da inkişaf etdirir".
Xatırladaq ki, Berdiyevin çalışdırdığı "Turan Tovuz" yeni mövsüm UEFA Konfrans Liqasında Azərbaycanı təmsil edəcək.


