Ərdoğan Avroliqanın qalibi olan komanda üzvləri ilə görüşdü

Ərdoğan Avroliqanın qalibi olan komanda üzvləri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan basketbol üzrə Avroliqada 2024/2025-ci illər mövsümünün qalibi olan “Fənərbağça" komandasını qəbul edib.

"Mediasport" xəbər verir ki, görüşdə Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Basketbol Federasiyasının prezidenti Hidayət Türkoğlu, İstanbul təmsilçisinin rəhbəri Ali Koç, basketbolçular və digər rəsmi şəxslər iştirak ediblər.

Dövlət başçısı komandanı təbrik edərək onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, İstanbul təmsilçisi finalda Fransanın “Monako” klubuna 81:70 hesabı ilə qalib gəlib.