Emmanuel Addai Yüksək Liqa klubu ilə 3 illik müqavilə bağladı

Emmanuel Addai Yüksək Liqa klubu ilə 3 illik müqavilə bağladı

Bu yay "Qarabağ"ın yola saldığı Emmanuel Addai özünə yeni komanda tapıb.

"Mediasport" xəbər verir ki, qanalı vinger karyerasını Belçikada davam etdirəcək.

24 yaşlı afrikalı Yüksək Liqa klubu "Löven"lə 3 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Ağdam təmsilçisinin heyətində 2024-cü ildən forma geyinən Addai 55 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.