Dünya reytinqi: "Qarabağ" 16, "Zirə" 11 pillə gerilədi, "Sabah" irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların dünya reytinqini yeniləyib.
"Mediasport" xəbər verir ki, planetin 501 ən yaxşı komandası siyahısına bu dəfə Azərbaycanın üç təmsilçisi düşüb.
“Turan Tovuz” cədvəldəki yerini itirib.
“Qarabağ” 147,75 xalla dünyada 103-cü srıaya düşüb, Ağdam klubu ötən ayla müqayisədə 16 pillə geriləyib.
“Zirə” 98,25 xalla 219-cu yerə enib, "qartallar" 11 addım geri düşüblər.
“Sabah” isə 68,5 xalla 353-cü pilləyə qalxıb. Masazır təmsilçisi 61 pillə irəliləyərək 414-cü yerdən 353-cü pilləyə yüksəlib.
Reytinqə 507 xalla Madrid “Real”ı başçılıq edir.