Renat Dadaşov Polşa klubunda debütü haqda paylaşım etdi

"Bu heyrətamiz klubda debüt etdiyim və ilk qolumu vurduğum üçün xoşbəxtəm. 3 xal qazanmaq istəyirdik. Diqqətimizi növbəti oyuna yönəldəcəyik".
"Mediasport" xəbər verir ki, bu sözlər Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşova məxsusdur.
25 yaşlı futbolçu sosial şəbəkə hesabında Polşanın "Radomyak" klubunun heyətində uğurlu debütü haqda paylaşım edib.
Görüşdə bərabərlik qolunu vuran forvard diqqətlərini növbəti matça yönəltdiklərini qeyd edib.
Qeyd edək ki, Dadaşov Ekstraklassanın 22-ci turunun "Vidzev"lə ev qarşılaşmasının 80-ci dəqiqəsində meydana çıxıb, son saniyələrdə hesabı bərabərləşdirib - 1:1.