Azərbaycan cüdoçuları Bakıdakı AÇ-ni 4 medalla başa vurdular
Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatına yekun vurulub.
"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycan komandası daha 3 medal qazanıb.
Yığmanın heyətində Xalid Məmmədov (66 kiloqram) qızıl, Aydın Əzizov (81 kiloqram) gümüş, Eltun Məmmədov (73 kiloqram) isə bürünc mükafat əldə ediblər.
Xatırladaq ki, dünən təmsilçilərimizdən Coşqun Əliyev (60 kiloqram) Avropa çempionu olmuşdu.
Bu gün başa çatan turnirdə 12 ölkədən 80-ə yaxın idmançı yarışıb.

