AFFA rəsmisi ÇL-nin "Yuventus" - "Volfsburq" matçına təyinat aldı

 AFFA rəsmisi ÇL-nin "Yuventus" - "Volfsburq" matçına təyinat aldı

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Yuventus" (İtaliya) – "Volfsburq" (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən "Yuventus" stadionunda təşkil olunacaq.