Azərbaycan millisi Avropa çempionatında B Liqasının qalibi oldu

Azərbaycan millisi Avropa çempionatında B Liqasının qalibi oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa Çimərlik Futbolu Liqasının (EBSL) seçmə mərhələsində B Liqasının qalibi olub.

"Mediasport" xəbər verir ki, millimiz final qarşılaşmasında Latviya yığmasını 4:0 hesabı ilə məğlub edərək turniri çempion kimi başa vurub.

Azərbaycan millisinin heyətində Elşad Manafov iki dəfə fərqlənib.

Orxan Məmmədov və Ramil Əliyev isə hərəyə bir qol vurublar.

Bu nəticə sayəsində komandamız EBSL-in A Liqasına yüksəlib.

Milli növbəti mövsümdən etibarən Avropanın ən güclü çimərlik futbolu komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.

Turnirin fərdi mükafatlarına da Azərbaycan millisinin üzvləri layiq görülüblər.

Elçin Qasımov yarışın ən yaxşı qapıçısı, Sahib Məmmədov isə ən yaxşı oyunçusu seçilib.