AFFA-nın hüquqşünası Braziliyada

 AFFA-nın hüquqşünası Braziliyada

AFFA-nın Hüquq şöbəsinin rəisi Günay Zamanlı Braziliyanın Rio de Janeyro şəhərində keçirilən FİFA Komplayens Sammitində iştirak edir.

"Mediasport" xəbər verir ki, tədbirdə FIFA-nın üzv assosiasiyalarında komplayens sistemlərinin gücləndirilməsi, etik prinsiplərin tətbiqi və beynəlxalq əməkdaşlığın inkişafı mövzusunda müzakirələr aparılır.

Günay Zamanlı sammit çərçivəsində beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi apararaq AFFA-nı bu sahədə təmsil edir.