"Səbail"dən ayrılan Bahadur Həziyev bölgə komandasında

"Səbail"dən ayrılan Bahadur Həziyev bölgə komandasında

1-ci liqada mübarizə aparan "Mingəçevir" heyətini gücləndirib.

"Mediasport" xəbər verir ki, bölgə klubu Bahadur Həziyevi transfer edib.

"Səbail"dən ayrılan 26 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Həziyev karyerası ərzində "Şamaxı", "Səbail”, MOİK, "Qaradağ Lökbatan" klublarında forma geyinib.