AFFA-nın vitse-prezidenti "Beşiktaş"ın oyununa təyinat aldı
 
                                AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Beşiktaş" (Türkiyə) - "Lozanna" (İsveçrə) oyununun UEFA nümayəndəsi olacaq.
Avqustun 28-də İstanbulda yerləşən "Beşiktaş" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
 
                        
 
    
             
    
             
    
             
         
         
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
