Yeni transfer "Qarabağ"da "siftə" elədi, Bəhlul sıraya qayıtdı - FOTO
"Qarabağ"ın yeni transferi Jali Muaddib komanda ilə ilk məşqinə çıxıb.
"Mediasport" xəbər verir ki, fransalı futbolçu kollektiv məşqdə iştirak edib.
Uzun müddətdir zədəli olan Bəhlul Mustafazadə də sıraya qayıdaraq "Sumqayıt"la matçın hazırlığına qatılıb.
Xatırladaq ki, Ağdam klubu "gənclik şəhəri" təmsilçisi ilə mayın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gələcək.



