AGF idman jurnalistləri üçün Şamaxıya mediatur təşkil etdi
Azərbaycan Güləş Federasiyası (AGF) 23 May - Beynəlxalq Güləş Günü ilə əlaqədar Şamaxı şəhərinə mediatur təşkil edib.
"Mediasport" xəbər verir ki, mediatur seminarla start götürüb.
Tədbirdə idman jurnalistləri, federasiya rəsmiləri və güləş ictimaiyyətinin üzvləri iştirak ediblər.
Seminarın əsas məqsədi güləş idman növündə tətbiq olunan yeniliklər, beynəlxalq qaydalardakı dəyişikliklər və onların praktik əhəmiyyəti barədə məlumat vermək olub.
Seminarda çıxış edən AGF-nin Hakimlər Komitəsinin sədri Asif Şirəliyev son dövrlərdə güləş qaydalarında edilən dəyişikliklərdən danışıb.
İştirakçılar üçün maraqlı quiz təşkil olunub.
Daha sonra jurnalistlər yerli güləş zalına baxış keçiriblər.
Media nümayəndələrinə zalda yaradılan şərait, idmançıların məşq prosesi və gələcək planlar barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bölgələrdə güləşin inkişafı, yeniyetmə və gənclərin idmana cəlb olunması istiqamətində ardıcıl işlər aparılır.
Tur iştirakçıları məşq zalında idmançılar üçün yaradılan şəraitlə tanış olub, məşq prosesini izləyiblər.
Müasir avadanlıqlarla təchiz edilən zalda müxtəlif yaş qrupları üzrə güləşçilər hazırlıq keçirlər.


