Aprelin 29-da Bakıda C kateqoriyalı məşqçi kursları start götürəcək

Bakıda AFFA tərəfindən C kateqoriyalı məşqçi kursları keçiriləcək.
“Mediasport” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Kurs AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində, aprelin 29-dan etibarən təşkil olunacaq.
Kursun 1-ci mərhələsi aperlin 29-dan mayın 2-dək, 2-ci mərhələsi mayın 20-dən 23-dək, 3-cü mərhələsi iyunun 3-dən 6-dək, 4-cü mərhələsi isə iyunun 23-dən 30-dək keçiriləcək.