PFL rəsmisi "Bolonya"nın oyununda iş başında olacaq - Avropa Liqası

Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
"Mediasport" xəbər verir ki, qurum rəsmisi Avropa Liqasının əsas mərhələsində keçiriləcək FKSB (Rumıniya) - “Bolonya” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Buxarestdə keçiriləcək qarşılaşma oktyabrın 23-də baş tutacaq.