"Araz-Naxçıvan"ın sabiq futbolçusu 1-ci liqaya üz tutdu - RƏSMİ

"Araz-Naxçıvan"ın sabiq futbolçusu 1-ci liqaya üz tutdu - RƏSMİ

Azərbaycan 1-ci liqasında mübarizə aparan "Şimal" heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Qusar komandası Elşad Əliyevi transfer edib.

"Araz-Naxçıvan"ın yetirməsi ilə mövsümün sonunadək müqavilə bağlanıb.

26 yaşlı hücumçu "Araz-Naxçıvan"la yanaşı, "Sumqayıt-2", "Zaqatala", "Cəbrayıl" və "Şəki Siti"də forma geyinib.