"Araz-Naxçıvan" daha 2 müqavilə

"Araz-Naxçıvan" daha 2 müqavilə

"Araz-Naxçıvan" daha 2 futbolçu ilə müqavilə imzalayıb.

Bu barədə "Mediasport"a Muxtar Respublika təmsilçisindən məlumat verilib.

Bildirilib ki, 25 yaşlı Qabil Əlizadə və 21 yaşlı Nihat Mehralievlə 1 illik anlaşma əldə olunub.

N.Mehraliev ötən mövsümü "Şamaxı"da keçirib, Q.Əlizadə isə "Sumqayıt-2", "Karvan-Yevlax" və "Mingəçevir"in formasını geyinib.