Rəşad Sadıqov TRT-yə "Qarabağ" haqda danışdı: "Çox xoşbəxtik"

Rəşad Sadıqov TRT-yə "Qarabağ" haqda danışdı: "Çox xoşbəxtik"

“Qarabağ” Avropada nəticələri ilə qürurlandırır. Bütün Türk dövlətləri qürurlanır".

"Mediasport" xəbər verir ki, bu fikirlər "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova məxsusdur.

Azərbaycan millisinin sabiq kapitanı "TRT Spor" kanalına müsahibə verib.

Veteran futbolçu keçmiş komandası "Qarabağ"ın Avropada çıxışları haqda danışıb:

"Yaxından izləyirik. Çox xoşbəxtik. UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunları Bakıda keçirilir.

Komandanın növbəti mərhələ üçün şansları var. Bunun üçün mübarizə aparırlar. Bu, bir vaxtlar bizim üçün xəyal idi.

Azərbaycanda idmana dövlət tərəfindən böyük diqqət var. Son illərdə futbolda da uğurlar qazandığımıza görə xoşbəxtik”.

O, Türkiyəyə olan sevgisindən də danışıb və gələcəkdə bu ölkədə işləmək istədiyini bildirib: 

"Mən çox yerdə olmuşam, amma Türkiyə xalqı kimi futbolu sevən millət görməmişəm. Ona görə də istəyirəm ki, Türkiyə həmişə ən yüksək yerlərdə olsun. Çox istəyirəm ki, Türkiyədə məşqçi işləyim".

Xatırladaq ki, Rəşad Sadıqov 2009-2010 və 2011-2020-ci illər ərzində Ağdam klubunda çıxış edib.