"İmişli" yeni transferini açıqladı
"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, aran təmsilçisi Orxan Fərəcovla müqavilə bağlayıb.
25 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Şamaxı-2", "Keşlə", "Səbail", "Baku Sportinq", Polşanın "Troşin" və "Narev Ostrołeka" klublarında oynayıb.
O, son olaraq 1-ci liqada "Şahdağ Qusar"da forma geyinib.
