"Zirə" Yevlaxda qalib gəldi, "Neftçi" "Turan Tovuz"la bərabərə qaldı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Hər iki matç bölgədə baş tutub.
Autsayderlər qrupundan çıxmağa çalışan "Kəpəz" Yevlax şəhər stadionunda "Zirə"ni qəbul edib.
Tovuzda isə əzəli rəqiblərdən "Turan Tovuz"la Samir Abasovu istefaya göndərən "Neftçi" üz-üzə gəlib.
Tura noyabrın 30-da Qəbələdə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası. 13-cü tur
28 noyabr (cümə)
“Kəpəz” - “Zirə” 0:2
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax şəhər stadionu, 14:00
“Turan Tovuz” - “Neftçi” 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu, 18:30
