DÇ: Avropa zonası üzrə pley-off mərhələsinin səbətləri məlum oldu
Gələn yay ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin səbətləri məlum olub.
"Mediasport" xəbər verir ki, Türkiyə milli komandası birinci səbətdə yer alacaq.
Pley-off mərhələsinin püşkü sabah atılacaq.
Mundialın final mərhələsində ilk dəfə 48 ölkə təmsil olunacaq.
DÇ-2026. Pley-off mərhələsi
Birinci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;
İkinci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;
Üçüncü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;
Dördüncü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.
Qeyd edək ki, birinci səbətdəki komandalar dördüncü, ikinci səbətdəki komandalar isə üçüncü səbətdəkilərə rəqib olacaqlar.
