2 milyon bilet satıldı - Qiymətlər 60-dan 6730 dollar arası dəyişir

2 milyon bilet satıldı - Qiymətlər 60-dan  6730 dollar arası dəyişir

Gələn ilin yayında tarixdə ilk dəfə 3 ölkənin (ABŞ, Kanada, Meksika) ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatında final mərhələsinin oyunları üçün artıq 2 milyon ədəd bilet satılıb.

"Mediasport" xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

Mundial üçün biletlərin qiyməti 60 - 6730 ABŞ dolları arasında dəyişir.

Xatırladaq ki, DÇ tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə təşkil olunacaq.

Dördilliyin zirvə yarışı DÇ-2026 11 iyun - 19 iyul tarixlərində baş tutacaq.