AVRO-2025: Azərbaycan millisi Şimali İrlandiya ilə qarşılaşır

Bu gün 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan komandamız Şimali İrlandiya yığması ilə qarşılaşacaq.
Raundun görüşləri Albaniyada təşkil olunacaq. Millimizin matçı paytaxt Tiranada baş tutacaq.
Qrupumuzda yer alan Monteneqro və meydan sahibi Albaniya Elbasani şəhərində üz-üzə gələcəklər.
Həbib Ağayevin baş məşqçisi olduğu U-19 fevralın 21-də Albaniya, 24-də isə Monteneqro ilə münasibətlərini aydınlaşdıracaq.
Qeyd edək ki, qitə birinciliyinin final mərhələsi 15-27 iyun aralığında Polşada reallaşacaq.
AVRO-2025. II seçmə mərhələ. B Liqası, 4-cü qrup, 1-ci tur
14:30. Şimali İrlandiya - Azərbaycan
Baş hakim: Roksana Rekorean (Rumıniya)
Albaniya, Tirana, “House of Football Natural Pitch” stadionu.