Azərbaycan millisi Belarus yığmasına 2-ci matçda da uduzdu

Azərbaycan millisi Belarus yığmasına 2-ci matçda da uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq matçında gücünü sınayıb.

"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Belarus toplanışı çərçivəsində yerli yığma ilə  ikinci dəfə qarşılaşıb.

Futbolçularımız bu dəfə də meydandan məğlub ayrılıblar - 0:2.

Xatırladaq ki, komandamız iki gün əvvəl rəqibinə 0:3 hesabı ilə uduzmuşdu.