Turan Daşdəmirov finala yüksəldi

  Turan Daşdəmirov finala yüksəldi

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, Turan Daşdəmirov (55 kq) yarımfinalda yaponiyalı Daisuke Morişitaya tam üstünlüklə (10:2) qalib gəlib.

O, sabah baş tutacaq finalda iranlı Payam Balutaki ilə güləşəcək.