Avropa çempionatında 5-ci gün: Üç güləşçimiz yarımfinala çıxdı

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, 5-ci yarış günündə Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayıblar.
Təmsilçilərimizdən üçü yarımfinala yüksəlməyi bacarıb.
U-17 Avropa çempionatı. Sərbəst güləş
48 kq
Rəvan Həsənzadə polşalı Przemislav Mrozekə 7:0 hesabıyla, slovakiyalı Attila Hegedusa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Rəvan yarımfinalda türkiyəli Sadık Ateşoğulları ilə qarşılaşacaq.
55 kq
Ruslan Əlizadə slovakiyalı İvan Jaksıka tam üstünlüklə (10:0), belaruslu Qleb Piatrova 4:2 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ruslan yarımfinalda ermənistanlı Armen Papikyanla üz-üzə gələcək.
65 kq
Tunar Nəsibov ilk mərhələdə rumıniyalı İstvan Naqiyə 7:6 hesabıyla qalib gəlsə də, 1/8 finalda ukraynalı İvan Zaliskoya 1:12 hesabıyla məğlub olub.
80 kq
Əli Hacıyev ermənistanlı Avet Enqoyana 4:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda britaniyalı Marşal Consa 0:10 hesabıyla uduzub.
110 kq
Hakim Tağıyev ruminiyalı Sebastyan Braileskuya "tuş"la və bolqarıstanlı Halil Sadakova 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Hakim yarımfinalda gürcüstanlı Murtaz Baqdavadze ilə qarşılaşacaq.
Yarımfinallar Bakı vaxtı ilə 18:45-də başlanacaq.
Qeyd edək ki, bu gün Nəzrin Əhmədli (46 kq) təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Spasila Vasilevaya "tuş"la qalib gəlib. O, bürünc medal uğrunda görüşdə Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramova ilə güləşəcək.