Qadın güləşçilərimizdən dünya çempionatında gümüş medal!

 Qadın güləşçilərimizdən dünya çempionatında gümüş medal!

Azərbaycanın qadın güləşçiləri Günay Qurbanova və Ruzanna Məmmədova Slovakiyada keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıblar.

"Mediasport" xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova finalda Yaponiya təmsilçisi Konami Onoya 6:16 hesabı ilə məğlub olub.

59 kq çəki dərəcəsində çıxış edən Ruzanna Məmmədova isə Yaponiyanın digər təmsilçisi Sae Noquçiyə 1:3 hesabı ilə uduzub.

Beləliklə, Azərbaycan millisinin mundialda medal sayı 7-yə çtıb.

Daha əvvəl yarışda Ayxan Cavadov qızıl, Cavidan Nehmətov gümüş, Emin Cavadlı, Tural Əhmədov və Elmin Əliyev isə bürünc mükafat əldə ediblər.