Avropa çempionatı: Oğlan və qız cüdoçularımız tatamiyə çıxacaq
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında mübarizə davam edir.
"Mediasport" xəbər verir ki, üçüncü yarış günündə daha beş cüdoçumuz qüvvəsini sınayacaq.
Yığmamız ilk günü 5 medalla (2 qızıl, 1 gümüş, 2 bürünc) başa vurub.
40 kq çəkidə yarışan 15 yaşlı Zəhra Quliyeva, 50 kq-da Nihad Ağayev komanda yoldaşı Fərid Rzazadəyə qalib gələrək qitə birincisi olub.
Digər medalları İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) qazanıblar.
Dünən isə Sadiq Məmmədov (73 kq) gümüş, İlkin Qarayev (66 kq) bürünc medala yiyələnib.
Avropa çempionatı
Oğlanların mübarizəsi
-81 kq, 1/16 final
Yaqub Məmmədov - Yan Markoviç
Ayxan Həsənli - Akos Naqi
-90 kq, 1/8 final
Ömər Axundov - Qriqorios Mirazanaşvili / Kaur Leetsar cütünün qalibi ilə
Qızların mübarizəsi
-70 kq, 1/16 final
Məsumə Məmmədli - Norah Qosset
+70 kq, 1/8 final
Zemfira Əliyeva - Ballalo Kulibali Ture


