Qadın cüdoçularımız Avropa Kubokunda mübarizə aparacaqlar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Avropa Kuboku start götürüb.
"Mediasport" xəbər verir ki, yarışda Azərbaycanın qadınlardan ibarət yığması çıxış edəcək.
Turnirin ilk günündə Könül Əliyeva, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Ülviyyə Bayramova (hər ikisi 52 kq) və Nərgiz Hacıyeva (63 kq) tatami üzərinə çıxacaqlar.
Bu, qadınlardan ibarət komanda üçün iyunun 13-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək dünya çempionatı öncəsi son sınaq olacaq.
Avropa kubokunda 29 ölkənin komandası mübarizə aparacaq.