Azərbaycanı Sofiyadakı beynəlxalq turnirdə 15 idmançı təmsil edəcək

  Azərbaycanı Sofiyadakı beynəlxalq turnirdə 15 idmançı təmsil edəcək

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.

"Mediasport" xəbər verir ki, turnirdə Azərbaycanı 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) təmsil edəcək.

Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

27-31 avqustda keçiriləcək dünya çempionatında 75 ölkədən 593 idmançı (313 oğlan, 280 qız) mübarizə aparacaq.

Qızlar

-44 kq

Gülşən Hüseynova

Xədicə Abdullayeva

-48 kq

Nərmin Ağamirzəzadə

Leyla Ələkbərova

-52 kq

Aysun Məmmədova

-57 kq

Səmayə Yusifli

-70 kq

Məsumə Məmmədli

Oğlanlar

-50 kq

Anar Quliyev

Rza Xəlilli

-55 kq

Rəsul Əlizadə

Məhəmmədəli Hüsiyev

-60 kq

Zeyd Ələsgərov

Röyal Qayıbov

-73 kq

Məhəmməd Ağakişiyev

+90 kq

Sübhan Axundov

Qarışıq komanda yarışı

-81 kq

Amin Mehdiyev