Avropa çempionatına qatılacaq cüdoçularımız məlumdur - SİYAHI

Avropa çempionatına qatılacaq cüdoçularımız məlumdur - SİYAHI

Azərbaycanı Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək gənclər arasında Avropa çempionatında təmsil edəcək cüdoçuların adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, sentyabrın 4-dən 7-dən davam edəcək qitə birinciliyində komandamız 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə təmsil olunacaq.

Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.  

Oğlanların yarışında Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov, (hər ikisi 66 kq), Əbil Yusubov (73 kq), Süleyman Şükürov (81 kq), Aslan Kotsoyev (90 kq), Davud Namazlı (100 kq) və Ramazan Əhmədov (+100 kq) gücünü sınayacaq.

Qızların mübarizəsində Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52kq), Nilgün Rzayeva (63 kq) yarışacaqlar.

Avropa çempionatında 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) qatılacaq.

Milli turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək. Nigar Süleymanova (+78 kq) qarışıq komanda yarışında mübarizə aparacaq.