DÇ: Azərbaycan cüdoçusu bürünc medal uğrunda mübarizə aparacaq

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçirilir.
"Mediasport" xəbər verir ki, yarışın 2-ci günündə Azərbaycan millisinin 3 çəki dərəcəsində 5 cüdoçusu mübarizəyə qoşulub.
Qızların mübarizəsində Leyla Ələkbərova (48 kq) 1/8 finalda Klaris Ribeyroya (Braziliya), Nərmin Ağamirzəzadə (48 kq) 1/16 finalda Selin İddirə (Fransa), Aysun Məmmədova 1/32 finalda Yali Yahava (İsrail) uduzub.
Oğlanların mübarizəsində Zeyd Ələsgərov (60 kq) 3-cü yer uğrunda Toai Haşima ilə üz-üzə fələcək. Röyal Qayıbov isə 1/32 finalda Raffaele Sodano ilə bacarmayıb.
Xatırladaq ki, yarışın ilk günündə Anar Quliyev (50 kq) bürünc medal qazanıb.