Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu günü medalsız bitirdi

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir.
"Mediasport" xəbər verir ki, Əbil Yusubov (73 kq) və Süleyman Şükürovun (81 kq) medal qazana bilməyiblər.
Dünən Azərbaycan cüdoçularından Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.