UEFA Avropa Liqasında III raundun ilk qarşılaşmalarına yekun vuruldu

UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına bu gün yekun vurulub.
"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə 10 qarşılaşma baş tutub.
Azərbaycanın FİFA referisi Elçin Məsiyevin idarə edəcəyi ÇFR (Rumıniya) - "Braqa" (Portuqaliya) matçında qonaqlar qələbə qazanıb.
Türkiyə klubu "Beşiktaş"ı mübarizədən kənarlaşdıran "Şaxtyor" Yunanıstan klubu "Panatinaikos"la heç-heçə edib.
Bu raundun cavab görüşləri 12 və 14 avqustda keçiriləcək.
Xatırladaq ki, Avroliqada bu mərhələyə avqustun 5-də start verilib.
UEFA Avropa Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyunlar
"Fredrikstad" (Norveç) - "Mityüllan" (Danimarka) 1:3
"Linkoln" (Cəbəllütariq) - "Noah" (Ermənistan) 1:1
AEK (Larnaka, Kipr) - "Legiya" (Polşa) 4:1
ÇFR (Rumıniya) - "Braqa" (Portuqaliya) 1:2
"Hakken" (İsveç) - "Brann" (Norveç) 0:2
PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) 0:0
"Panatinaikos" (Yunanıstan) - "Şaxtyor" (Donetsk, Ukrayna) 0:0
"Jrinski" (Bosniya və Herseqovina) - "Breydablik" (İslandiya) 1:1
FKSB (Rumıniya) - "Drita" (Kosovo) 3:2
"Servett" (İsveçrə) - "Utrext" (Niderland) 1:3