Azərbaycan Premyer Liqası klubunda 3 ayrılıq - RƏSMİ

Azərbaycan Premyer Liqası klubunda 3 ayrılıq - RƏSMİ

"Karvan-Yevlax" daha üç futbolçu ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nika Çaçaşvili, Qabil Əlizadə və Portuqaliyalı futbolçu Vitor Hüqo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Yevlax təmsilçisi bu qış Səid İranxanla da vidalaşıb.

Komanda Rauf Rüstəmli, Samir Abdullayev və Emin Rüstəmovla güclənib.