"Qarabağ" Çempionlar Liqasında 71 milyon manatdan çox pul qazanıb
2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının liqa mərhələsində iştirak edən klubların qazancı açıqlanıb.
Azərbaycanı qitənin birinci dərəcəli klub turnirində təmsil edən Ağdam təmsilçisi 36 milyon avro (təqribi 71 milyon 200000 manat) gəlir əldə edib.
Təmsilçimiz qazancına görə 36 komanda arasında 32-ci pillədə qərarlaşıb.
Çempion PSJ 145,5 milyon avro, finalçı "Arsenal" isə 142 milyon avro qazanıb.
Xatırladaq ki, Qurban Qurbanovun komandası ötən sezon tarixində ilk dəfə yarışın pley-off mərhələsinə yüksəlib.
Klubların Çempionlar Liqasından əldə etdikləri gəlirlər
PSJ (Fransa) - 145,5 milyon avro
"Arsenal" (İngiltərə) - 142 milyon avro
"Bayern" (Almaniya) - 127,5 milyon avro
"Liverpul" (İngiltərə) - 109,5 milyon avro
"Atletiko" (İspaniya) - 107,5 milyon avro
"Real" (İspaniya) - 104,5 milyon avro
"Barselona" (İspaniya) - 101,5 milyon avro
"Mançester Siti" (İngiltərə) - 97 milyon avro
"Çelsi" (İngiltərə) - 92 milyon avro
"Tottenhem" (İngiltərə) - 84 milyon avro
"Bayer" (Almaniya) - 80 milyon avro
"Sportinq" (Portuqaliya) - 76,5 milyon avro
"İnter" (İtaliya) - 71,3 milyon avro
"Atalanta" (İtaliya) - 70,4 milyon avro
"Borussiya" (Dortmund, Almaniya) - 70 milyon avro
"Nyukasl" (İngiltərə) - 65 milyon avro
"Yuventus" (İtaliya) - 64,1 milyon avro
"Monako" (Fransa) - 55 milyon avro
"Benfika" (Portuqaliya) - 54 milyon avro
"Olimpik" (Marsel, Fransa) - 53 milyon avro
"Qalatasaray" (Türkiyə) - 50 milyon avro
"Ayntraxt" (Frankfurt, Almaniya) - 49 milyon avro
"Napoli" (İtaliya) - 48,6 milyon avro
"Brügge" (Belçika) - 48 milyon avro
"Olimpiakos" (Yunanıstan) - 46 milyon avro
"Vilyarreal" (İspaniya) - 46 milyon avro
PSV (Niderland) - 45 milyon avro
"Ayaks" (Niderland) - 43 milyon avro
"Budö Qlimt" (Norveç) - 42 milyon avro
"Atletik" (İspaniya) - 39 milyon avro
"Kopenhagen" (Danimarka) - 38 milyon avro
"Qarabağ" (Azərbaycan) - 36 milyon avro
"Yunion Sent-Jiloaz" (Belçika) - 33 milyon avro
"Pafos" (Kipr) - 30 milyon avro
"Slaviya" (Praqa, Çexiya) - 30 milyon avro
"Kayrat" (Qazaxıstan) - 21 milyon avro
Mediasport.com.az


