"Zirə"də növbəti ayrılıq - Daha bir legioner komandadan getdi

"Zirə"də növbəti ayrılıq - Daha bir legioner komandadan getdi

"Zirə"də növbəti ayrılıq olub.

"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi bu dəfə Ayron Qomislə yollarını ayırıb.

Fransalı oyunçu ilə başa çatan müqaviləni yenilənməyib.

Qomis başa çatan mövsüm "qartallar"ın heyətində ümumilikdə 35 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Rəşad Sadıqovun komandası onadək Rüfət Abdullazadə, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Tyaqo Silva və Anatoli Nuriyevlə vidalaşıb.