Azərbaycanlı vinger anadan olduğu Avropa ölkəsində özünə klub tapdı

Azərbaycanlı vinger anadan olduğu Avropa ölkəsində özünə klub tapdı

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Murad Vəliyev yenidən Estoniyaya forma geyinəcək.

"Mediasport" xəbər verir ki, 23 yaşlı futbolçu “Trans Narva” klubunda oynayacaq.

“Şamaxı”dan ayrıldıqdan sonra klubsuz qalan həmyerlimiz Estoniya Yüksək Liqasının təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

2002-ci ildə Estoniyanın paytaxtı Tallində dünyaya gəlmiş Murad yetirməsi olduğu “Levadiya”dan başqa, bu ölkənin “Kalev” və “Nomme Yunayted” klublarında çıxış edib.

Vinger U-21 millimizdə 15 matç keçirib.