"Turan Tovuz" üçün sonuncu sınaq

"Turan Tovuz" üçün sonuncu sınaq

Təlim-məşq toplanışını Türkiyədə davam etdirən "Turan Tovuz" bu gün sonuncu yoxlama oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, qərb təmsilçisi Mərakeşin "Vidad" komandası ilə qarşılaşacaq.

Görüşün start fiti Bakı vaxtı ilə 18:00-da səslənəcək.

Xatırladaq ki, Kurban Berdıyevin komandası Türkiyədə keçirdiyi yoxlama matçlarında "Çorum" (1:1) və "Keçiörəngücü" (0:0) ilə bərabərə qalıb, "Flamurtari"yə isə uduzub (0:1).