Ərtoğrul Sağlam Azərbaycan aldığı təklifdən imtina edib - AÇIQLAMA

Ərtoğrul Sağlam Azərbaycan aldığı təklifdən imtina edib - AÇIQLAMA

Türkiyəli məşqçi Ərtoğrul Sağlam Azərbaycandan aldığı təklifə yox cavabı verib.

"Mediasport" xəbər verir ki, bu barədə mütəxəssis açıqlamasında deyib.

55 yaşlı məşqçi təklifi “Kocaelispor”da işlədiyi zaman aldığını bildirib:

"Məsələni açdınızsa, deyim, Azərbaycandan və Superliqadan dəvət almışdım. Lakin bütün fikrimi “Kocaelispor”a yönəltdiyim üçün imtina etdim. Müqaviləmə sadiq qalmaq istəyirdim".

Qeyd edək ki, 2024-cü ilin dekabrında “Kocaelispor”dan ayrılan Ərtoğrul Sağlam hazırda işsizdir.