Balamirzənin yeni komandası...

Balamirzənin yeni komandası...

Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Difai" heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Ağsu təmsilçisi Balamirzə Soltanovu transfer edib.

22 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.

Balamirzə karyerası ərzində "Sabah-2", "Səbail-2", "Cəbrayıl" və MOİK komandalarında forma geyinib.