Mingəçevir şəhərində Federasiya Kuboku turniri təşkil olunacaq
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə konsept trenajorda Federasiya Kuboku turniri keçiriləcək.
"Mediasport" xəbər verir ki, Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarış yanvarın 31-də baş tutacaq.
Turnirdə Bakı və Mingəçeviri təmsil edən 30-dan çox idmançı mübarizə aparacaq.
Konsept trenajor yarışları qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğularında keçirilir.
Bu növ yarışlar dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı təşkil edilib.
