Azərbaycan çempionatlarında sentyabrın ən yaxşıları məlum oldu

Azərbaycan çempionatlarında sentyabrın ən yaxşıları məlum oldu

Azərbaycan Premyer Liqasında sentyabrın ən yaxşı qolunun müəllifi açıqlanıb.

"Mediasport" xəbər verir ki, "Şamaxı"nın legioneri Andrey Tirkoveanunun 4-cü turda "Karvan-Yevlax"ın qapısına vurduğu qol ən birinci yerə layiq görülüb.

AFFA-da fəaliyyət göstərən xüsusi komissiya, həmçinin, 1-ciI Liqada "Şahdağ Qusar"dan Ruslan Voronsovu, 2-ci Liqada isə "Şəmkir"in üzvü Tural Məmmədzadənin qollarını qalib elan edib.