"Neftçi" "Şamaxı" ilə bərabərə qaldı, "Turan Tovuz" "İmişli"ni məğlub etdi

Azərbaycan Premyer Liqasında 2025-2026-cı illər futbol mövsümünün birinci turunun oyunları davam edir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Kurban Berdıyevin baş məşqçisi olduğu "Turan Tovuz" çempionatın debütantı Şamaxıda "İmişli" ilə üz-üzə gəlib.
Ötən mövsüm uğursuz çıxış edən "Neftçi" isə doğma azarkeşlər önündə "Şamaxı"nı qəbul edib.
Xatırladaq ki, mövsümün və turun ilk oyununda - "Karvan-Yevlax" "Qəbələ" ilə heç-heçə oynayıb (1:1).
Azərbaycan Premyer Liqası. 1-ci tur
"İmişli" - "Turan Tovuz" 0:1
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov
VAR: Tural Qurbanov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu.
"Neftçi" - "Şamaxı" 1:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Neftçi Arena".