AFFA-dan SON DƏQİQƏ qərarı: Azərbaycanda yeni liqa yaradılır

Azərbaycanda yeni futbol çempionatı yaradılır.
AFFA-dan Mediasport.az saytına verilən məlumata görə, qurum yeni mövsümdən 3-cü Liqa adlandırılacaq birinciliyin təşkilini qərara alıb.
Cari mövsüm Region Liqasını keçirə bilməyən federasiya yeni yarışın daha təkmil formada baş tutmasını planlaşdırır.
Məlumata görə, çempionatda klublara say məhdudiyyəti qoyulmayacaq, üstünlük daha çox bölgə təmsilçilərinə veriləcək.
Lakin iştirakçı sayı 60-ı keçərsə, 3-cü Liqa zonalara bölünməklə keçiriləcək. Eynilə AFFA Region Liqası kimi.